“2020-ci il Azərbaycan tarxində müstəsna il kimi qalacaq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünə son qoyub və torpaqlarımızı işğaldan azad edib”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, Vətən torpaqlarında ərazilərimizin yenidən qurulması və vətəndaşlarımızın ora qaytarılması ən əsas məsələdir:
“Qarabağ cənnət məkana çevriləcək. Prezidentin tapşırığı ilə bu məsələyə xüsusi önəm verilib. Həmin ərazilərdə müxtəlif infrastrukturun yaradılması üçün 2,2 milyard manat vəsait ayrılıb”.