Türkiyə XİN Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanat verdi

Siyasət

“Azərbaycanın Tehrandakı səfirliyinə baş verən silahlı hücumu pisləyirik”.

Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyə XİN-in bəyanatında deyilir.

Xarici siyasət qurumu səfirliyin həyatını itirən əməkdaşlarına Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.

“Keçmişdə də analoji hücumlara məruz qalan Türkiyə Azərbaycan xalqının ağrısını dərindən anlayır. Bu alçaq hücumda əli olanların dərhal tapılıb məsuliyyətə cəlb edilməsi və belə hadisələrin təkrarlanmaması üçün bütün zəruri tədbirlərin görülməsi böyük əhəmiyyət kəsb edir.

Qardaş Azərbaycan əsla tək deyil. Azərbaycana dəstəyimiz həmişə olduğu kimi fasiləsiz olaraq davam edəcək”, – deyə bəyanatda vurğulanıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir