İsraildən Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı açıqlama – FOTO

Siyasət

“Azərbaycanın Tehrandakı səfirliyinə təhlükəsizlik xidmətinin rəhbərinin öldürülməsi ilə nəticələnən dəhşətli hücum bizi sarsıdıb və kədərləndirib”.

Oxu.Az-ın məlumatına görə, bu barədə İsrail XİN-in sözçüsü Lior Haiat özünün “Twitter” hesabında paylaşım edib.

O, Azərbaycan xalqına və hökumətinə, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib və yaralıların tezliklə sağalmasını diləyib.

Həmçinin İsrailin ölkəmizdəki səfiri Corc Dik də bu ağır vaxtda Azərbaycan xalqı ilə həmrəy olduğunu bəyan edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir