Azərbaycanın İrandakı səfiri: “Biz terror aktını törədənlərin cəzalandırılmasını tələb edirik” – FOTO

Siyasət

“Səfirliyimizə edilmiş silahlı hücum nəticəsində dəyərli əməkdaşımız Orxan Əsgərov mühafizəni təmin edərkən qətlə yetirildi, 2 əməkdaşımız yaralandı”.

Bunu azərbaycanlı diplomat, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə özünün “Facebook” hesabında paylaşımında qeyd edib:

“Bu acını böyük təəssüf və kədər hissi ilə bölüşür, Orxan Əsgərovun ailə üzvləri və əzizlərinə  öz adımdan və səfirliyimizin əməkdaşları adından dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət, yaralılarımıza isə tezliklə şəfa diləyirəm.

Qəddarlıqla törədilən bu terror aktını qətiyyətlə pisləyir və törədənlərin tam cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklər toxunulmazdır və onların mühafizəsi qəbul edən dövlət tərəfindən tam təmin olunmalıdır!” – deyə səfir bildirib.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir