Səudiyyə Ərəbistanı Tehranda Azərbaycan səfirliyinə silahlı hücumu qətiyyətlə pisləyib – FOTO

Siyasət

“Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi İranın paytaxtı Tehranda Azərbaycan Respublikasının səfirliyinə bir nəfərin ölümü və bir neçə nəfərin xəsarət alması ilə nəticələnən silahlı hücumu qətiyyətlə pisləyir”.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanı XİN-dən bəyan edilib.

“Nazirlik bu çətin vaxtda Krallığın Azərbaycan Respublikası və onun dost xalqı ilə həmrəy olduğunu təsdiq edir, diplomatik nümayəndəliklərin toxunulmazlığına hörmət etməyə və günahkarların cəzalandırılmasına çağırır”, – deyə bəyanatda vurğulanıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir