Syuzan Eliot İlham Əliyevi doğum günü münasibətilə təbrik etdi

Siyasət

Amerikanın Xarici Siyasəti üzrə Milli Komitənin Prezidenti və baş icraçı direktoru Səfir Syuzan Eliot Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

AZƏRTAC-ın yayımladığı təbrik mətnində deyilir:

“Hörmətli Prezident Əliyev.

Doğum gününüz münasibətilə Sizi Amerikanın Xarici Siyasəti üzrə Milli Komitənin adından ən xoş arzularla təbrik edirəm.

Baş ofisi Bakıda yerləşən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə tərəfdaşlığımızdan bilirik ki, Siz bu Mərkəzin missiyasına davamlı olaraq dəstək göstərirsiniz. Bu missiyaya dəstək verilməsinə biz də qoşulur, Mərkəzin sülh və münaqişələrin həlli ilə bağlı fəaliyyətinə sadiqliyinizi alqışlayırıq.

Doğum gününüz münasibətilə Sizi bir daha təbrik edir, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan xalqı ilə əməkdaşlığımızın bundan sonra da davam edəcəyinə ümidvarıq”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir