Laçın yolunun guya bağlanması ilə bağlı bütün xəbərlər reallığa uyğun gəlmir, yolboyu hərəkət sərbəstdir, yolun özünə isə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları nəzarət edir.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmələrdə Azərbaycan tərəfinin nümayəndəsi, xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib.
O, deyib ki, əslində bu yolda azərbaycanlı ekoloqların dinc etiraz aksiyası keçirilir:
“Onların özləri dəfələrlə bəyan ediblər ki, heç bir şəkildə nəqliyyatın hərəkətinə mane olmurlar, Laçın yolu ilə hər gün çoxlu sayda minik və yük maşınları keçir, onların sayı yüzlərlə, bəzən isə minlərlə olur”.
E.Məmmədov qeyd edib ki, İrəvan dinc aksiyadan istifadə edib Azərbaycanla sülh sazişi üzrə danışıqlara təsir göstərməyə çalışır.
www.RIA24.az