Vladanka Andreyeva: “BMT Azərbaycanda kənd təsərrüfatının inkişafına dəstək verir”

Siyasət

“BMT-nin Azərbaycandakı nümayəndəliyinin məqsədi ölkədə kənd yerlərinin inkişafına nail olmaqdır ki, bu da fermerlərin fəaliyyətinin yaxşılığa doğru dəyişməsi baxımından vacibdir”.

“Report” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Aqrar Məsləhət Xidmətləri üzrə Milli Forumda çıxışı zamanı bildirib.

O deyib ki, aqrar məsləhətlər fermerləri qarşılaşdıqları problemlərə qarşı daha hazırlıqlı edir və ərzaq təhlükəsizliyini yüksəldir.

BMT-nin rezident əlaqələndiricisi qadınların da bu sahədə böyük rol oynadıqlarını, onların fəaliyyətinin təmin edilməsinin BMT üçün böyük əhəmiyyət kəsb edən inklüziv inkişafa daxil olduğunu vurğulayıb.

V.Andreyeva BMT-nin bu istiqamətdə Azərbaycanla fəal iş apardığını və müvafiq qrantlar ayırdığını qeyd edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir