“Tehrandakı Azərbaycan səfirliyinə bu yaxınlarda olunan hücumu qətiyyətlə pisləyirəm”.
Oxu.Az-ın məlumatına görə, bunu amerikalı konqresmen, Respublikaçılar Partiyasının üzvü Robert Aderholt özünün “Twitter” hesabında bildirib.
O, İranda ölkəmizin diplomatik missiyasına hücumu terror hadisəsi adlandıraraq, bunun tam və operativ şəkildə araşdırması üçün rəsmi Tehrana çağırış edib.
www.RIA24.az