Yerevandakı etiraz aksiyalarındakı əsas şüarlardan biri (Nikol Paşinyanın istefasını tələb etməklə yanaşı) hərbi intiqamdır. Bu barədə həm nümayiş iştirakçıları özləri, həm siyasətçilər, həm də müxtəlif fəallar danışırlar. Axır vaxtlar son dərəcə aktiv olan erməni politoloq Ara Papyan “düşmənin qarşısını almaq” üçün silah yaratmağa çağırıb.
Eyni zamanda, göründüyü kimi, o, son illərdə İrəvanda dəfələrlə müzakirə olunan çirkli atom bombasından bəhs edir. “Silahlanmaq və yenə silahlanmaq. Başqa yol yoxdur. Bunun üçün kifayət qədər vaxt və pul olmadığı görə düşməni çəkindirmək üçün silah yaratmaq lazımdır. Dünya birliyinin və bütün dünya ictimaiyyətinin fikirləri cəhənnəm olsun. Ermənistanın və ermənilərin olmadığı bir dünya kimə lazımdır?”, – deyə Ara Papyan erməni “telegram” kanallarından birində yazıb.
Öz növbəsində, məğlub separatçı rejimin keçmiş nümayəndəsi Vitali Balasanyan Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olan əraziləri geri qaytaracağına söz verib.
Rusiyanın “Kommersant” qəzeti etiraz aksiyalarında iştirak edənlərin fikirlərindən sitat gətirir. Beləliklə, Ani adlı hansısa bir qız gələcək Ermənistan rəhbərliyindən hərbi intiqam gözləyir: “Əminəm ki, ordumuz güclüdür. Bizim özünü daha çox doğrultmuş və peşəkar komandirə ehtiyacımız var”.
Bununla yanaşı, azad edilmiş ərazilərdə hər gün ölən erməni işğalçılarının onlarla cəsədinin tapılması davam edir. Ancaq belə çıxır ki, Ermənistanda heç kim hərbi məğlubiyyətin miqyasını anlamır, ölkənin döyüşmək üçün gücünün olmadığını başa düşə bilmirlər, baxmayaraq ki, erməni silahlıları vaxtaşırı Qarabağda təxribat hücumları edirlər.
Rusiyalı politoloq, publisist, tarix elmləri doktoru, Şimali və Şərqi Avropa Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Sıtin Media.Az-a vəziyyəti şərh edərək Ermənistanın başına gələn fəlakətin miqyasından hələ xəbərdar olmadığı fikri ilə razıdır.
“Bu, Ermənistan ərazisinə birbaşa təsir göstərməyib, buna görə də bir çox ermənilər sona qədər döyüşməyə hazır olduqlarına inanırlar. Ancaq təbii ki, onlarda alınmayacaq”, – deyə o bildirib.
– Ancaq Ermənistanla bölgə ölkələri arasında dinc yanaşı yaşamaq və əməkdaşlıq etmək variantı var idi. Məsələn, İrəvan Azərbaycana qarşı iddia qaldırmaqdan imtina edərsə, Türkiyə buna hazır idi, amma Ermənistan buna cavab olaraq Türkiyə məhsullarına tam embarqo tətbiq etdi. Bu, kimin üçün pis olacaq? Aydındır ki, Türkiyə tərəfinə yox. Ermənistanda bunu necə anlamırlar?
– Qısaca cavab verəcəm. Onlar fanatiklərdir.