Hay-hayla gəlib, vay-vayla qaçan Ruben, yaxud “nə oldu, Vardanyan?” – ŞƏRH + FOTO

Siyasət

Rusiyanın vətəndaşlıqdan çıxartdığı Ruben Vardanyan Azərbaycan torpaqlarından qaçıb.

Onun Xankəndidə qaçaq şəkildə mövcudluğu və qanunsuz fəaliyyəti Azərbaycan-Rusiya, Azərbaycan-Ermənistan və Rusiya-Ermənistan münasibətlərində gərginlik yaradırdı. O, Qarabağ iqtisadi rayonu ərazisindəki ermənilərin Azərbaycana inteqrasiyasının qarşısını almağa səy göstərirdi. Vardanyan Azərbaycanın yeraltı sərvətlərindən qanunsuz istifadə etməyə çalışırdı. O iddia edirdi ki, Qarabağda 89 layihəsi var. O, bunu deməklə himayədarlarının “Vardanyan layihəsi”nin mahiyyətini gizlətməyə çalışırdı. Bunu deməklə həm də Vardanyan özünün batan pullarını diriltmək üçün gəldiyini nümayiş etdirməyə səy göstərirdi. Odur ki, Vardanyan kimin layihəsi idisə, özünə qayıtdı.

Ermənistan mediasının məlumatına əsasən, o, Qarabağdan qaçaraq, Moskvaya sığınıb. Heç geri qayıtmaq niyyətinin olmadığı da bildirilir.

Vardanyan çox güman Rusiya sülhməramlılarının iyli, çirkli paltarını, ayaq dolamasını daşıyan avtomobilin kuzovunda gizlənərək aradan çıxıb. Qaçaq-quldurun şəni olmur. Onlar belə şəraitdə qadın paltarı geyinib aradan çıxmağı da özlərinə yaraşdırırlar. Əslində, çürük düşüncəli Vardanyanın Azərbaycan torpaqlarından iylənmiş əsgər paltarları arasında qaçmaq daha yaxşı yaraşır.

Vardanyanların Azərbaycan torpağından qovulması Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin iradəsinin növbəti təzahürüdür.

Kimsə bir daha Vardanyanın, yaxud onun funksiyalı marioentin Azərbaycana, Qarabağa göndərilməsinə cəhd etsə, Azərbaycan dövlətinin qəti, prinsipial mövqeyi ilə üz-üzə qalacaq.

Rusiyalı milyaderin qaçması Xankəndidəki ermənilərə bir görkdür – vardanyanların boş-boş vədlərinə inanıb düşmənlik etməkdənsə Azərbaycan bayrağı altına keçmək daha məntiqidir. Onlara Prezidenti İlham Əliyev çox aydın yol göstərib: “Kim bizim vətəndaş olmaq istəmirsə, yol bağlı deyil, açıqdır. Gedə bilərlər, ya özləri gedə bilərlər, heç kim onlara maneəçilik yaratmayacaq, ya da sülhməramlıların yük maşınlarının tenti altında gedə bilərlər, avtobusla da gedə bilərlər. Yol açıqdır. Kim istəyirsə, Azərbaycan bayrağı altında Qarabağda yaşaya bilər”.

Azərbaycan vətəndaşı olmayan, bu yerlələr heç bir bağlılığı olmayan Ruben Vardanyan çox böyük hay-küylə gəlmişdi. Baş verənlərdən xəbərsiz olan bu dargöz rusiyalı erməni Qarabağdakı ermənilərə də böyük vədlər vermişdi.

Vardanyanın qaçması bir daha dünyaya çatdırdı ki, bu torpaqların əsl sahibi Azərbaycandır. Onun icazəsi olmdan kimsə bu torpaqlarda yaşayıb fəaliyyət göstərə bilməz.

Nəhayət, bu yerdə Prezident İlham Əliyevin “Nə oldu, Paşinyan?” məşhur ifadəsini “Nə oldu, Vardanyan?” demək daha uyğun gəlir.

Beləliklə, hay-hayla gələn Vardanyan vay, vayla qaçdı…

“Report” İnformasiya Agentliyi

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir