Putin Cənubi Qafqazda təhlükəsizliyi gücləndirmək üçün Azərbaycanla əməkdaşlığa ümid edir

Siyasət

Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə Yeni il münasibəti ilə təbrik məktubu göndərib. O, bölgədə sülh və təhlükəsizlik naminə Bakı ilə gələcək əməkdaşlığa ümid etdiyini bildirib.

Bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb.

“İlham Əliyevə ünvanlanan təbrikdə qeyd olunub ki, belə bir çətin ildə də tərəflər Rusiya ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın gücünə əmin ola bildilər. Bununla yanaşı, təbrikdə Moskva və Bakının gələcək də bütün istiqamətlərdə qarşılıqlı faydalı əlaqələr qurmağa davam edəcəklərinə ümid ifadə edilib”, – deyə Kremlin mətbuat xidmətindən əlavə edilib.

Məktubda Rusiya-Azərbaycan münasibətlərinin inkişafının iki xalqın təməl maraqlarına cavab verdiyi, Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə uyğun davam etdiyi vurğulanıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir