Ərdoğan: “Mərkəzin ən qısa müddətdə fəaliyyətə başlayacağını ümid edirəm”

Siyasət

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın rəsmi heyətlə Bakıda iştirak etdiyi görüşə telefonla qatılaraq çıxış edib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin saytında bildirilir.

O, Türkiyənin bütün hallarda Azərbaycanı dəstəkləyəcəyini bir daha vurğulayıb və şəhidlərimizə rəhmət diləyib:

“Son tarixin ən mühüm hərbi və siyasi inkişaflarından biri olan “Bir Vətən Əməliyyatı”nda şəhid olan qəhrəmanlara Tanrıdan rəhmət diləyirəm”.

O, 102 il əvvəl Bakının işğaldan azad edilməsində əldə edilən birliyi və həmrəyliyi xatırladıb:

“Türkiyə və Azərbaycan “bir millət, iki dövlət” yanaşması, qəlbləri ilə bir-birinə bağlıdır. Can qardaşlarımın həyat sevinci sevincimiz, kədərləri kədərimizdir”.

Ərdoğan Rusiya ilə birgə fəaliyyət göstərəcək Ortaq Mərkəzlə də bağlı danışıb:

“Atəşkəsə riayət etmək üçün qurulacaq mərkəzin ən qısa müddətdə fəaliyyətə başlayacağını ümid edirəm”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir