Prezident İlham Əliyev İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.
AZƏRTAC xəbər verir ki, sənədə əsasən, büdcənin ümumi göstəriciləri İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsinin gəlirləri 157 769 146 manat, xərcləri 157 769 146 manat məbləğində təsdiq edilir.