Prezident İlham Əliyev Azərbaycan Milli Konservatoriyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə Prezidentin rəsmi saytında məlumat yerləşdirilib.
Sərəncama əsasən, Azərbaycan Milli Konservatoriyasının 20 illiyi münasibətilə və Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Milli Konservatoriyasının aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilir:
“Xalq artisti”
Həşimov Elçin Ləzgi oğlu
Mansurov Elşən Məmməd oğlu
Mansurov Malik Məmməd oğlu
“Əməkdar incəsənət xadimi”
Hüseynova Lalə Şirməmməd qızı
“Əməkdar mədəniyyət işçisi”
Seyidova Yaqut Şıxseyid qızı
“Əməkdar müəllim”
Abdinzadə Firuz Zeynal oğlu
Ələkbərov Sabir Ələkbər oğlu
Əliyev Adgözəl Məmmədhüseyn oğlu
Nağıyev Elçin Ağaşirin oğlu
Şahməmmədova Naibə Məqsud qızı
Yusifova Təranə Əbülfəz qızı.