MSK siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayır

Siyasət

Azərbaycanda yanvarın 1-dən etibarən Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyaların 2020-ci il üzrə maliyyə hesabatlarını qəbul etməyə başlayır.

“Report” xəbər verir ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.

MSK isə hesabat verməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir