Zəfər ilinə son baxış – VİDEO

Siyasət

2020-ci il Azərbaycan üçün də karonavirus pandemiyasının gətirdiyi problemlərlə başladı. Heç vaxt görmədiyimiz bir virus haqqında eşidəndə təbii ki, təəccübləndik. Elə başladığı kimi də bitəcək dedik. Amma nə bilərdik ki, bu ilin bizə əsl surprizi hələ qabaqdadır. Haradan bilərdik ki, yuxularımıza girən vətən torpaqları, hər bayramda azadlığını arzuladığımız Qarabağ elə bizə 2020-ci ilin hədiyyəsi olacaq. Bəli, heç vaxt unutmayacağımız və ondan böyük hədiyyə almayacağımız Qarabağ. O Qarabağ ki, qara bəxtinin düyünlərinin açıldığı gün zəfər tariximizin başlanğıcı oldu.

27 sentyabr – məhz bu tarixdə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Ermənistan Silahlı Qüvvələrinin təxribatlarının qarşısını almaq üçün Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz tarix yazmağa başladı. 

Əvvəllər filmlərdə gördüyümüz döyüş səhnələrini, müharibə dəhşətlərini bu dəfə real həyatda yaşadıq. “Dəmir yumruq” hərəkatının nə qədər möhtəşəm, bu yumruq kimi birləşənlərin isə nə qədər güclü olduğunu hər gün gördük. Müharibənin ilk günlərindən təsəllimiz də bu oldu. Dövlət başçısının uzun illər formalaşdırdığı Azərbaycan ordusu mütləq qalib gələcək. Çünki onlar haqq savaşındadırlar. Prezidentə raport verilir. Bu məruzələri ard-arda eşitmək bizə qürur və sevinc bəxş edir. Cənab Ali Baş Komandan, sizin tapşırığınıza əsasən Cəbrayıl, Zəngilan, Füzuli, Şuşa şəhərləri işğaldan azad olundu. Hər azadlıq xəbəri eşitdikcə gözlərimiz sevincdən yaşardı, əyilən qamətimiz düzəlməyə başladı. Hər gün şəhirdlərimizin qisasını alan ordumuz üçün dua etdik. Azadlıq tariximizin müəllifi olan Ali Baş Komandanın çıxışlarını həsrətlə gözlədik. 

Şəhər və kəndlərimizin yağı düşməndən azad olunması üçün minlərlə igid canından keçdi. Düşmənlə üz-üzə gələnlər nə evdəki valideynlərini, nə övladlarını, nə də hələ dünyaya göz açmayan balalarını düşünmədilər. Onların düşüncəsində yalnız bir şey vardı. Vətənin 20 faiz torpağını yağı düşməndən azad etmək və 30 illik işğala son qoymaq. Tapşırıq aldılar, yerinə yetirdilər və tarix yazdılar. 

Noyabrın 10-nu bütün xalqımız üçün fərqli bir səhər açıldı. Bu səhər günəş daha parlaq, göy üzü daha aydın, hava daha təmiz idi. Təbiət də qələbəmizdən xəbər verir, bizim kimi sevinirdi. Xarı bülbülün qoxusu, Xanın səsi, bulaqların sərinliyi Bakıya qədər hiss edilirdi. Bütün bünlar qələbəmizdən xəbər verirdi. Öz adını torpaqları birləşdirən şəxsiyyət kimi tarixə yazan ölkə başçısı da zəfərin müjdəçisi idi. Prezidentin 10 noyabr çıxışı-müharibə bitdi, düşmən təslim oldu.
Bunun ardınca Azərbaycan və bütün dünya Azadlıq meydanında baş tutan möhtəşəm qələbə paradına şahidlik etdi. Düşməndən qənimət kimi götürülən texnikaların nümayişi isə bir daha Ermənistana vurduğumuz sarsıdıcı zərbə oldu. Bu zəfərdə böyük pay sahibi olub şəhadətə qovuşanlar isə döyüş yoldaşlarının tamamladığı qələbəni səmadan izlədilər. 2020–ci il şəhidlərə verdiyimiz hesabatın da ili oldu. Qanınız əbəs yerə tökülmədi, qısasınız alındı, bir ölüb, min dirildik, amma torpaqlarımızı son qarışınadək azad etdik. 

Bu il həm də böyük təşəkkür ili oldu bizim üçün. Gün gələcək, işğal altında olan torpaqlarımızı azad edəcəyik deyən Ali Baş Komandan torpaqların azad edilməsinin sevincini bizə yaşatdı. Həsrətdən zəfərə gedən yoldakı çətinliyi, məqsəddən dönməyib hədəfə çatmağı gördük, qələbənin möhtəşəmlik hissini daddıq. Bu çətin yola işıq salan isə müzəffər ordunun Ali Baş Komandanı İlham Əliyev idi. Dövlət başçısı “Dəmir yumruq” əməliyyatı ilə düşmənə sarsıdıcı zərbə vurdu. Yuxularımız çin oldu, arzularımız həyata keçdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən, öz adını tarixə qızıl hərflərlə həkk edən, ilin siyasətçisi olduğunu zəkası və uzaqgörənliyi ilə təsdiqləyən, hər birimizə tək-tək sevinc payı verən İlham Əliyev. 2020-ci ildə bizə yaşatdığınız qurur, sevinc, fəxr hissi üçün sizə azı 2020 dəfə təşəkkür edirik. 

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir