“Heydər Əliyevin Azərbaycan və Rusiya arasında münasibətlərə verdiyi töhfəni qiymətləndirməmək mümkün deyil”.
“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” mövzusuna həsr olunan konfransda deyib.
Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyev iki xalq üçün birləşdirici rol oynayıb.
S.Lavrov əlavə edib ki, Rusiyada Heydər Əliyevin 100 illiyinə həsr olunan bir sıra tədbirlər keçiriləcək.
www.RIA24.az