İrəvan şəhərinin adının dəyişdirilməsi ilə bağlı sənəd ortaya çıxıb – FOTO

Siyasət

SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 1936-cı ildə İrəvan şəhərinin adının dəyişdirilməsi ilə bağlı sənədi ortaya çıxıb.

Axar.az xəbər verir ki, sənəddə SSRİ-nin bir sıra subyektlərində ad dəyişikliyi öz əksini tapıb.

Dəyişikliyə əsasən, İrəvan şəhərinin həmin tarixdən etibarən Yerevan adlandırılıb.

Siyahıda qədim Tiflis şəhərinin də adı yer alıb. Şəhər məhz 1936-cı ildən sonra Tbilisiyə çevrilib. Gürcüstanın Borjom şəhəri də dəyişikliyə məruz qalaraq Borjomi olub.

Bundan başqa, Abxaziyanın Batum, Acarıstanın Suxum şəhərləri də Batumi və Suxumi adlandırılıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir