Julia Moin: “Biz bu Sammitdən gələcəyə yönəlik nəticələr əldə etməliyik”

Siyasət

“Bu böyük platformada iştirak edə bildiyim üçün çox xoşbəxtəm. Eşitdiyimə görə, bu Sammitdə 80-dən çox ölkənin nümayəndəsi iştirak edir və bizim müəyyən gözləntilərimiz var ki, onları qarşılayır”.

Bunu AZƏRTAC-a müsahibəsində Banqladeş nümayəndə heyətinin üzvü doktor Julia Moin söyləyib.

Bu kontekstdə COVID-19-la bağlı hamımız birlikdə iş görməliyik deyən Julia Moin əlavə edib:

“Biz dünyanın hansı çətinliklərlə üzləşməsindən asılı olmayaraq, onların öhdəsindən gəlməliyik. Ona görə də, bunun əsasında bugünkü Sammitdən müəyyən təkliflər, tövsiyələr gözləyirik və müəyyən çıxış yollarını tapmağa çalışacağıq. Biz bu Sammitdən gələcəyə yönəlik müəyyən nəticələr əldə etməliyik”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir