BMT BA-nın prezidenti: “Bu çətin dövrdə insanın dünyaya təsiri misilsizdir”

Siyasət

“Bu çətin dövrdə insanın dünyaya təsiri misilsizdir. Eyni zamanda, COVID-19 pandemiyası ilə bağlı problemlər bugünkü tədbiri xüsusilə vacib edir”.

“Report” xəbər verir ki, bunu BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti Tsaba Körösi Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı deyib.

“COVID müasir səhiyyənin ən böyük problemidir. Onun öhdəsindən gəlməyin yeganə yolu qüvvələri birləşdirmək və həmrəylik prinsipinə sadiq qalmaqdır”, – o bildirib.

Tsaba Körösinin sözlərinə görə, Qoşulmama Hərəkatının təşəbbüsü sayəsində hər kəsin COVID-19 peyvəndlərinə çıxışını təmin etmək üçün birgə səylərin nə qədər vacib olduğunu görmək mümkün oldu.

O qeyd edib ki, pandemiya ilə mübarizədə bütün dünyada həyata keçirilən tədbirlər, o cümlədən, sərhədlərin bağlanması kifayət deyil. Pandemiya göstərdi ki, bu vəziyyətdən yeganə çıxış yolu “təkcə öz sərhədlərimiz daxilində deyil, ondan kənarda da həmrəy” olmaqdan keçir.

Yaşıl transformasiya mövzusuna toxunan Tsaba Körösi Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) əhəmiyyətini vurğulayıb.

“DİM-lərə nail olmaq heç vaxt bu qədər zəruri olmayıb”, – o bildirib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir