“Azərbaycan Türkmənistanla ikitərəfli əlaqələrin inkişafına daim xüsusi diqqət yetirir, ölkələrimiz arasında siyasi dialoq yüksək səviyyədədir, mədəni, humanitar sahələrdə əlaqələr inkişaf edir”.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşündə bildirib.
Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdəki rolunun artırılmasında maraqlı olduğunu vurğulayaraq deyib ki, ölkəmiz bu xüsusda bir sıra təşəbbüslərlə çıxış edib. Bu gün dünya düzəninin yenidən formalaşması prosesi baş verir və Qoşulmama Hərəkatı bu prosesdə öz rolunu oynamalıdır.
www.RIA24.az