Prezident: “Ərəb dövlətləri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetlərdən biridir”

Siyasət

“Azərbaycanla Liviya arasında çox yaxşı siyasi əlaqələr var, ikitərəfli münasibətlərimizin inkişafı üçün geniş imkanlar mövcuddur”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Liviya Dövləti Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfi ilə görüşündə bildirib.

Dövlətimizin başçısı deyib ki, Ərəb dövlətləri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetlərdən biridir. Ərəb Dövlətləri Liqasının ötən il Əlcəzairdə keçirilən Zirvə toplantısında iştirakını məmnunluqla xatırladan Prezident İlham Əliyev bu tədbirin Azərbaycanın Ərəb dövlətləri ilə münasibətlərin genişləndirilməsi işinə mühüm töhfə verdiyini vurğulayıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir