İƏT Baş katibinin yardımçısı Prezident İlham Əliyevə minnətdarlığını bildirdi

Siyasət

“Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində pandemiya çağırışlarına qarşı mübarizədə göstərdiyi yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm”.

“Report” xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin siyasi məsələlər üzrə yardımçısı Yussef Aldobey Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan İƏT-nin üzvüdür və ölkənin bu təşkilatla əməkdaşlığı çox müsbət qiymətləndirilir.

“İƏT ölkələri pandemiyanın ağır çağırışlarına hazır deyildilər və bu da özünü ölkələrimizin iqtisadiyyatına mənfi təsirdə göstərdi. Bütün bunlara baxmayaraq, inkişaf etməkdə olan ölkələr pandemiya ilə mübarizə üçün səylər göstərdilər və tədbirlər gördülər”, – Y.Aldobey söyləyib.

Natiq gündəlikdəki aktual məsələlərin müzakirəsi üçün imkan yaradan platforma kimi bugünkü Bakı sammitinin əhəmiyyətini vurğulayıb.

“Belə mühüm təşəbbüslərin həyata keçirilməsinə görə İƏT adından Azərbaycana təşəkkür edirik”, – o, fikrini yekunlaşdırıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir