FHN Türkiyədəki zəlzələ bölgəsində göstərdiyi tibbi xidmətlə bağlı məlumat yayıb – FOTO/VİDEO

Siyasət

Türkiyədəki zəlzələ bölgəsində 2639 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Bu barədə Oxu.Az-a FHN-dən bildirilib.

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalında zəlzələdən ziyan çəkmiş insanlara tibbi xidmət davam etdirilir.

Ümumilikdə ötən günlər ərzində 562-si uşaq olmaqla 2639 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Qeyd edək ki, zəlzələ bölgəsində yerli tibbi infrastrukturun tədricən bərpa olunması nəzərə alınaraq, Fövqəladə Hallar Nazirliyinin Kahramanmaraşda olan mobil səhra hospitallarından biri bu gün Bakıya gətirilib, digər hospital isə fəaliyyətini fasiləsiz davam etdirir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir