Heydər Əliyevin yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib – FOTO

Siyasət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

Oxu.Az xəbər verir ki, ETSN-in, DGK-in rəsmiləri və əməkdaşlarının, eyni zamanda könüllülərin iştirakı ilə Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə zamanı 3 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 2 500 ədəd Eldar şamı və zeytun ağacı əkilib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir