Aleksandr Dugin: “Paşinyan təkcə Azərbaycanın deyil, Rusiyanın da düşməni idi”

Siyasət

Rusiyalı siyasi elmlər doktoru, filosof və publisist, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duginin Media.Az-a müsahibəsində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü barədə danışıb.

Onun sözlərinə görə, Nikol Paşinyan indi Ermənistanın rəhbəri kimi optimal fiqurdur. Ermənistanın baş naziri siyasi mövqeyini qorumaq məcburiyyətindədir, çünki üçtərəfli bəyanatın altında imzası var:

“Siyasətdə yaxşı və ya pis deyə bir şey yoxdur. Dünən Paşinyan təkcə Azərbaycanın deyil, müəyyən dərəcədə Rusiyanın da düşməni idi. İndi isə Paşinyana dəstək vermək Moskva və Bakı üçün faydalıdır. Hazırda revanşistlərdənsə, eyni millətçi etiraz dalğasında Ermənistanda hakimiyyətə gələ biləcək “Qarabağ klanı”ndansa, onunla daha çox şey əldə edilə bilər. Buna görə mümkün üçtərəfli görüş çox uyğun olardı”.

Dugin bildirib ki, görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyindən danışmaq olar:

“Axı bu tamamilə yeni bir şeydir. Bəlkə də Azərbaycanın KTMT-yə daxil olması məsələləri müzakirə ediləcək, Qarabağ problemi həll olunandan sonra bunun üçün heç bir maneə qalmayacaq. Türkiyə və İranın iştirakı ilə çoxtərəfli müzakirə formatı da vacibdir. Gürcüstan məsələsi də var. Davam etməliyik”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir