Ceyhun Bayramov İndoneziyaya başsağlığı verib – FOTO

Siyasət

Xarici işlər naziri Ceyhun Bayramov sosial hesabında İndoneziyada sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı paylaşım edib. 

Paylaşımda deyilir:

“Cakartanın yaxınlığında baş verən faciəvi təyyarə qəzası ilə bağlı xəbər məni çox kədərləndirdi. Bu faciəvi təyyarə qəzasında yaxınlarını itirən ailələrə başsağlığı veririk. Dəstəyimiz və həmrəyliyimiz qardaş İndoneziya xalqı ilədir”.

Xatırladaq ki, bu gün İndoneziyada sərnişin təyyarəsi Cakarta yaxınlığında Yava dənizinə düşüb. Təyyarənin göyərtəsində 50-dən çox sərnişinin olduğu bildirilir.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir