Marqvelaşvili: “Gürcüstan Azərbaycan və Ermənistan arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır”

Siyasət

“Gürcüstan Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini böyük maraqla izləyir və bunun üçün platforma təqdim etməyə hazırdır”.

“Report” xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Georgi Marqvelaşvili deyib.

“Ümid edirəm ki, proses Azərbaycan və Ermənistan arasında münasibətlərin sabitləşməsinə doğru gedir. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, Ermənistan da bizə yaxın dövlətdir. Buna görə də Gürcüstan region üçün nəyin ən yaxşı olduğunu müzakirə etmək üçün platforma təqdim etməkdə maraqlıdır. ATƏT-in keçmiş Minsk qrupunun artıq mövcud olmadığını nəzərə alsaq, bu, xüsusilə vacibdir”, – Marqvelaşvili bildirib.

“Bakı forumu illər ərzində yanaşmaları sınaqdan keçirmək, bilikləri bölüşmək və müxtəlif dövlətlərin təcrübələrini öyrənmək baxımından çox faydalı platformaya çevrilib”, – Gürcüstanın sabiq prezidenti deyib.

O, tədbirin məzmun, logistika və iştirakçılar baxımından yaxşı təşkil olunduğunu bildirib.

“Bu forumu təşkil etdiyinə görə Prezident İlham Əliyevə təşəkkür etmək istəyirəm”, – Marqvelaşvili əlavə edib.

Sabiq prezident forum çərçivəsində Gürcüstanda baş verən hadisələrdən də danışmaq niyyətində olduğunu qeyd edib.

“Hazırda Gürcüstanda sabitlik ciddi şəkildə pozulub, çünki hakimiyyət faktiki olaraq Rusiya və Kremlyönümlü siyasətə keçib. Cəmiyyət isə bunun əleyhinədir”, – o deyib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir