Qazaxıstanlı nazir: “Xəzərdə suyun səviyyəsinin 9-30 metr düşəcəyi gözlənilir”

Siyasət

“Xəzər dənizində bir çox təhlükələr var. Yaxın gələcəkdə Xəzər dənizində suyun səviyyəsinin 9-30 metr düşəcəyi gözlənilir”.

“Report”un xəbərinə görə, bunu Qazaxıstanın informasiya və sosial inkişaf naziri Darxan Kidirali X Qlobal Bakı Forumu çərçivəsində “Meqatəhdidlər dövrü: İqlim təhlükəsizliyi; Qida təhlükəsizliyi; Nüvə təhlükəsizliyi” mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Qazaxıstan hər zaman sülhün tərəfindədir: “Təəssüf ki, bu gün qida təhlükəsizliyi məsələsi də ortaya çıxıb”.

Onun sözlərinə görə, dünyada hazırda bir çox təhlükələr yaşanmaqdadır:

“Bu yaxınlarda qardaş Türkiyədə zəlzələlər oldu. Həmin zəlzələlər nəticəsində bir çox insan həyatını itirdi. Xəzər dənizində də bir çox təhlükələr var. Yaxın gələcəkdə Xəzərin səviyyəsinin 9-30 metr düşəcəyi gözlənilir. Bu isə beş ölkə üçün də təhlükədir”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir