Bu gün Bolqarıstanla Azərbaycan arasında əməkdaşlıq çox yüksək səviyyədədir. Bu əlaqələrin möhkəmlənməsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin mühüm rolu olub.
“Report” xəbər verir ki, bu barədə Bolqarıstanın eks-prezidenti Peter Stoyanov Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə deyib.
O qeyd edib ki, Heydər Əliyev öz siyasi müdrikliyi ilə Azərbaycanı qlobal arenaya çıxarıb.
“O, Azərbaycanı münaqişə dövründə (90-cı illərdə) ölkənin üzləşdiyi çətinliklərdən və təhlükələrdən xilas edib”, – o əlavə edib.
www.RIA24.az