Əliyevin Berlin səfəri: “Alman dəqiqliyi” vacibdir – ŞƏRH

Siyasət

Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində səfərdədir, onun almaniyalı həmkarı Frank-Valter Ştaynmayer və federal Kansler Olaf Şoltsla görüşü gözlənilir.

Əliyev bu görüşləri keçirməzdən öncə, martın 13-də Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə müzakirələr aparıb.

Nəzərdə tutacağımız məqamlar:

1. Almaniya Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra enerji siyasətinin aspektlərini sürətləndirib;

2. Rusiyadan enerji idxalının məhdudlaşdırılması və ya dayandırılması nəticəsində Avropanın təbii qaz bazarında yaranan boşluqlar Azərbaycan hesabına doldurulur;

3. Azərbaycan işğaldan azad etdiyi əraziləri “yaşıl zona” strategiyasının miqyasında tutur və həm Xəzər dənizindəki, həm Qarabağdakı, həm də Şərqi Zəngəzurdakı alternativ enerji mənbələrini Avropa bazarlarına ixrac kontekstində inşa edir.

Əliyev alman iş adamları ilə görüşdə yaşıl enerji zonasının Azərbaycan daxilindəki miqyasının Naxçıvana qədər genişləndiriləcəyini bildirdi.

Bu, təhlükəsizlik modelinin Cənubi Qafqazdakı yeni hərbi-siyasi şəraitinə uyğun qurulmasında xarici sərmayədarların rolunu artıran faktora çevrilə bilər.

Azərbaycanın Avropa İttifaqı ilə bəzi xırda mübahisələrə rəğmən, münasibətlərini yaxşı tutmasını Almaniya dəyərləndirməlidir. Yaxşı olardı ki, Almaniya Cənubi Qafqazda prosesləri və proqresi irəli aparmağa sadiq qalan Azərbaycanın niyyətlərinə sərmayə yatırsın.

Bunun üçün Almaniya nə etməlidir? Birinci növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə nisbətdə neytral mövqedə dayanmalıdır.

İkincisi, bu mərhələni Avropanın enerji, təhlükəsizlik və iqtisadi maraqları üçün daha çox əhəmiyyət kəsb edən Azərbaycana iqtisadi investisiyalar qoymaqla paralel şəkildə icra etməlidir.

Almaniyanın Cənubi Qafqazla bağlı əlavə dəyərlər qazanması onun Avropa siyasətinin yeni düzənə uyğun şəkildə formalaşması üçün yaxşı fürsətdir.

Berlin şansları yaxşı qiymətləndirsə, bu, Avropa İttifaqının iqtisadi strategiyası əsasındakı genişlənməsinə qızğın dəstək olacaq.

Bu, Azərbaycan üçün də məqbuldur, ona görə ki, Bakı enerji resurslarının şaxələnməsini yeni razılaşmalar əsasında həyata keçirir.

Əliyevin səfəri Almaniyanın onilliklər boyu davam edən xarici siyasət prinsiplərinin dəyişdirilməsi proqramının icrasına təkan verə bilər.

Bu təkanların təşviqedici mənbələri də şaxələnməlidir, belə ki, Almaniya da, Azərbaycan da ikitərəfli münasibətlərdəki prinsipləri digər tərəfdaşlarla uzlaşdırmalı və bunun üçün eksklüziv təsir sferası qurmalıdırlar.

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir