Prezident: “Səngəçal terminalına elektrik enerjisinin verilməsi bərpaolunan enerji siyasətimizdən qaynaqlanır”

Siyasət

“bp ilə birgə icra etdiyiniz Səngəçal terminalına elektrik enerjisinin verilməsi layihəsi bərpa olunan enerji siyasətimizdən qaynaqlanır. Biz bp ilə razılaşdıq ki, o, Cəbrayıl şəhərində 240 meqavat gücündə günəş enerji stansiyasının tikintisində birbaşa xarici sərmayədar olacaq”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə bildirib.

İstehsal olunmuş həmin enerjinin də Azərbaycanın enerji sisteminə daxil ediləcəyini vurğulayan dövlətimizin başçısı bildirib:

“Eyni zamanda, biz Səngəçal terminalını elektrik enerjisi ilə təmin etmiş olacağıq və onlar qazdan istifadəni dayandıracaq. Həmin qaz boru kəmərinə daxil ediləcək və Avropaya yönləndiriləcək. Bir sözlə, burada üçtərəfli uduşlu vəziyyətdir. Biz 240 meqavatlıq günəş enerji stansiyasını alırıq, bp-nin Səngəçal Terminalı karbonsuz və daha səmərəli qaydada fəaliyyət göstərməyə başlayır və onların istifadə etdiyi qaz Avropaya ixrac olunur. Biz bu layihəni enerji səmərəliliyi baxımından, çox əhəmiyyətli hesab edirik”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir