Umayra Tağıyevanın yerinə müvəqqəti təyinat olub

Siyasət


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi vəzifəsinə müvəqqəti təyinat olub.

APA-nın əldə etdiyi məlumata görə, Milli Hidrometeorologiya Xidmətinin rəisi vəzifəsi rəis müavini Rafiq Verdiyevə həvalə olunub.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Prezident İlham Əliyevin sərəncamı ilə ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsinə təyin olunub.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir