Ötən il yüzlərlə şəxsin təqaüdü kəsilib

Siyasət


2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apardığı araşdırmalar üzrə əsassız göndərişlər əsasında təyinat aparılmış 491 nəfərin əlillik təyinatı ləğv edilib.

Oxu.Az-ın məlumatına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatında bu barədə bildirilib.

Həmin şəxslərə ödənilən aylıq pensiya, müavinət və təqaüdlər üzrə ödənişlər dayandırılıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı Milli Məclisdə təqdim olunur. Hesabatı Baş nazir Əli Əsədov deputatların diqqətinə çatdırır.

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir