Rusiya Azərbaycanla qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır.
“Report” xəbər verir ki, bunu iki ölkənin sərhədindəki “Xanoba” gömrük postunun açılış mərasimində Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
“Bu gün dünyada baş verən iqlim dəyişikliyi, texnoloji və enerji keçidləri ilə əlaqədardır, yeni regionların, kommersiya əlaqələrinin yaranmasına gətirib çıxarır. Bu nüans beynəlxalq nəqliyyatın Şimal-Cənub dəhlizinə də təsir edəcək. Biz bu dəhlizi Azərbaycan və digər ölkələrlə birgə qururuq. Burada artıq avtomobil nəqliyyatı inkişaf edib. Biz bu gün yeni yoldan istifadə etdik, bu infrastruktur artıq hazırdır. Əlavə olaraq Azərbaycanla dəmir yolu infrastrukturunun inkişafına dair danışıqlar davam edir. Azərbaycan artıq dəmir yollarının inkişafına fokuslanan üçtərəfli qrupu qəbul edib. Bu layihə Rusiya-Azərbaycan-İran və Fars körfəzini birləşdirəcək”, – deyə o qeyd edib.
www.RIA24.az