Bu gün Bakıda Türk Şəhidliyində 18 Mart Çanaqqala Şəhidləri Günü və Çanaqqala zəfərinin 108-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib.
APA xəbər verir ki, mərasimdə Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri və bir sıra rəsmi şəxslər iştirak ediblər.
Mərasimin açılışında Çanaqqala qurbanları yad edilib, Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib.
Tədbir iştirakçıları Türk Şəhidliyindəki xatirə abidəsinin qarşısına əklillər qoyublar.
Mərasim Şəhidlər xiyabanını ziyarətlə başa çatıb.
www.RIA24.az