“Paşinyan “badəni sona qədər içməlidir” – AÇIQLAMA

Siyasət

Ermənistanın siyasi elitası səhvlərini qəbul etmir və buna görə də həmişə günahkar axtaracaq: kimsə İrəvanı bu bəyanatları imzalamağa məcbur etdi, kimsə erməni siyasətçilərinin arxasında ölkənin taleyini həll etdi… Bu vəziyyətdə ən uğurlu ehtimal Rusiya və Türkiyəni nəzərdə tutmaqdır. 

Bu barədə rusiyalı politoloq, Çağdaş Dövlət İnkişafı İnstitunun direktoru Dmitrik Solonnikov Media.Az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə Moskvanın İrəvana daha böyük itkilərinin qarşısını almaq üçün fürsət verdiyi isə nəzərə alınmır:

“Ermənistanın kapitulyasiyanı imzaladığı, bunun məğlubiyyət olduğu aydındır. Buna görə də deyirlər ki, Ermənistanın gələcəyi barədə onun arxasında qərar verildi və verilməyə davam edir”.

Müsahib bildirib ki, əslində hazırda nəqliyyat dəhlizləri, iqtisadiyyatın təcridinin sonu məsələsi həll olunur.

“Yəni söhbət Ermənistanda vəziyyətin yaxşılaşdırılmasından gedir. Ancaq məğlubiyyət hiss etmək və günahkarları tapmaq cəhdləri davam edəcək”,  – deyə Dmitri Solonnikov xəbərdarlıq edib.

Politloq bildirib ki, bütün günahı təkcə Bakıya yükləmək mənasızdır, çünki son 30 ildə Ermənistanda əsas düşmən Azərbaycan hesab olunurdu, bu səbəbdən (məğlubiyyətdə – red.) Azərbaycandan başqa xarici günahkarlar axtaracaqlar.

“Xüsusən də qərb üçün kifayət qədər komplimentar münasibət göstərən Ermənistanın hazırkı rəhbərliyini nəzərə alsaq, əlbətdə ki, Avropa İttifaqı və ABŞ günahkar olmayacaq. Ermənistanda anti-Rusiya hisslərindən istifadə etmək olduqca sərfəlidir”, – deyə ekspert vurğulayıb.

Müsahib bu səbəbdən mətbuatda bəzi siyasətçilərin Moskvanı və Ankaranı günahlandırmasının gözlənilən olduğunu bildirib.

Politoloq Ermənistanın Baş naziri Paşinyanın “badəni sona qədər içməli” olduğunu vurğulayıb. Onun sözlərinə görə, hökumət başçısının bundan sonrakı vəzifəsi razılaşmanı legitimləşdirmək üçün bütün zəruri sənədləri imzalamaq, “Böyük Ermənistan” kimi ərazi iddiaları (qonşu dövlətlərə – red.) olmadan yol xəritələrini dəqiqləşdirmək və ölkəni yeni inkişaf relslərinə qoymaqdır.

“Sonra yeni parlament seçkiləri olacaq, bəlkə də yeni baş nazir seçiləcək. Bundan sonra anlaşmalardan imtina etmədən məğlubiyyətin bütün günahı Nikol Paşinyanın üzərinə qoyulacaq. Ancaq mümkündür ki, Paşinyan hakimiyyətdə qalsın və sələflərini günahlandırmağa davam etsin. İstənilən halda yeni bir Ermənistanın inşasına başlanmalıdır”, – deyə Solonnikov sözlərini yekunlaşdırıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir