Səfir: “Polşadan Azərbaycana bütün məhsullar Transxəzər dəhlizi ilə daşına bilər”

Siyasət


“Polşadan Azərbaycana bütün məhsullar Transxəzər dəhlizi ilə daşına bilər”.

Bunu Trend-ə Polşanın Azərbaycandakı səfiri Rafal Poborski deyib.

O bildirib ki, Azərbaycan taxıl idxalında maraqlıdır, Polşa isə onu geniş miqyasda istehsal edir.

Diplomatın sözlərinə görə, taxıl ixracı son vaxtlar iki ölkənin rəsmi qurumları arasında müzakirə mövzusuna çevrilib.

Səfir bildirib ki, Polşanın ticarət dövriyyəsi çoxşaxəlidir, o, bir zəncirdə cəmləşməyib və Polşanın çoxşaxəli ixracı var. Polşa həmçinin Azərbaycana mebel və fabriklər üçün avadanlıq ixrac etməyi təklif edir.

Xatırladaq ki, 2023-cü ilin fevralında Polşanın iqtisadi inkişaf və texnologiyalar nazirinin müavini Qjeqoj Pexovyakla Azərbaycanın nəqliyyat və rəqəmsal inkişaf naziri Rəşad Nəbiyev arasında görüş keçirilib. Tərəflər nəqliyyat və İKT sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, 2022-ci ildə Polşadan Azərbaycana ixrac 119,5 milyon dollar, Azərbaycandan Polşaya isə 21,45 milyon dollar təşkil edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir