Qarabağ Dirçəliş Fondu ödənişsiz əsaslarla fəaliyyət göstərəcək

Siyasət

Qarabağ Dirçəliş Fondu işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə qanunla qadağan olunmayan mənbələr hesabına maliyyə dəstəyi göstərmək, bu işə dövlət orqanlarını, habelə dövlətə məxsus hüquqi şəxsləri və özəl sektorun nümayəndələrini cəlb edəcək.

Bu barədə Fondun Nizamnaməsində bildirilir.

Fond həmçinin işğaldan azad olunmuş ərazilərin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını, sahibkarlığın inkişafını, əhalinin məşğulluq səviyyəsinin artırılmasını dəstəkləyəcək.

Fondun idarə olunmasına gəlincə, Nizamnamədə yazılıb ki, Fond öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

Fondun idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir.

Fondun Müşahidə Şurası Fonda ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

Şura Azərbaycan Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 9 üzvdən ibarətdir. Şuranın sədri Şura üzvləri sırasından 3 il müddətinə seçilir.

Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir və qərar qəbul etməkdə müstəqildir.

Qeyd edək ki, Prezident İlham Əliyevin Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında Fərmanına əsasən, Fondunun nizamnamə fondu bir milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşdırılır.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir