Putin Tramp və Baydenlə əlaqə saxlamağı planlaşdırmır

Siyasət

Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın hazırkı və yeni seçilmiş prezidentləri ilə hər hansı bir formada əlaqə saxlaması planlaşdırılmır.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Hələ ki, heç bir kontakt planlaşdırılmayıb. Əlbəttə ki, bunun baş verməsi mümkündür. Lakin hələlik prezidentin qrafikində bu barədə heç nə yoxdur”, – deyə D.Peskov jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.

Mətbuat katibi əlavə edib ki, hazırda ABŞ-da problemlər var və onlar daha çox öz daxili işləri ilə məşğuldurlar.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir