“Mən Azərbaycanla İsrail hökumətini və xalqını bu tarixi gün, bu mərhələyə çatmaq münasibətilə təbrik edirəm”.
APA-nın məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib.
Onun sözlərinə görə, Azərbaycanın İsraildə ilk dəfə səfirliyi münasibətlərimizdə vacib dönüş nöqtələrindən biridir.
“Səfirliyin açılması bizim indiyə qədər qurduğumuz bu dərin münasibətlərə də uyğun olacaq. Biz stateji, iqtisadi, mədəni sahələrdə və hökumətlər səviyyəsində bu əlaqələri qurmuşuq. Səfirliyin açılması münasibətlərimizdə yeni səhifənin başlanğıcıdır. Bu gün nazirlərimizin səmərəli görüşləri oldu. Onlar hədəflər müəyyənləşdirdi. Bizim nazirimiz cənab Kohen də vurğuladı ki, o İsraildən Azərbaycana səfər edən turistlərin sayının artmasını görmək istəyir. Bu gün bu rəqəm 50 mindirsə, gələcək illərdə bunun 150 minə çatmasını istəyirik”, – deyə səfir qeyd edib.
Diplomat qeyd edib ki, biz həmçinin ölkələrimiz arasında nazirliklər səviyyəsində müxətlif məsələlər barədə, strateji məsələlər barədə strukturlaşdırılmış dialoqun fomalaşmasını istəyirik.
“Gələn ay, yaxın iki həftədə cənab Kohen Bakıya səfər edəcək və hökumətlərarası birgə komissiyanın iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarovla birgə iştirak edəcək. Bu iclasda iqtisadi əməkdaşlıq müzakirə olunacaq. Bu gün sizə açıqlamaq istəyirəm ki, imzalanacaq sənədlərdən biri maliyyə ilə bağlıdır ki, bu 200 milyon dollar İsrail investisyasının Azərbaycana gəlişini təmin edəcək. Bütün buunlar göstərir ki, biz münasibətlərimizdə sonu deyil, başlanğıcı qeyd edirik. Biz ortaq çətinliklər və təhlükələrlə üzləşirik ki onların bəziləri təhlükəsizlik sahəsi ilə bağlıdır. Mən bu tarixi gündə iştirakdan çox qürur duyuram və inanıram ki, gələcəkdə birgə uğurlar əldə edəcəyik”, – deyə Corc Dik bildirib.
www.RIA24.az