İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yaxın zamanlarda region ölkələrinə səfər edəcək.
Bu barədə “Fars” informasiya agentliyi məlumat yayıb.
“Zərif növbəti həftə Azərbaycan, Rusiya, Ermənistan və Gürcüstana səfər edəcək”, – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, diplomatın Türkiyəyə səfəri barədə də danışıqlar gedir. Lakin hələ ki, dəqiq tarix müəyyən olunmayıb.