Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə iranlı həmkarı Nasir Kənaniyə cavab verib.
Azərbaycan XİN sözçüsü bu barədə “Twitter“ hesabında paylaşım edib.
“Azərbaycana qarşı iddialarla bağlı mövqeyimizi açıqlamışıq. Əsas sual budur ki, nə üçün İran Xarici İşlər Nazirliyi normadan və mühakimələrdə rasionallıqdan sistematik yayınma modelinə sadiq qalır? Bu, açıq şəkildə qərəzli yanaşmadır. Həqiqəti bilmək istəyən hər kəs brifinqin videosunu izləyə bilər”, – paylaşımda deyilir.
We explained our position on allegations agnst #Azerbaijan.
Main question is why the #Iranian side sticks to its systematic pattern of deviation from norm and rationality in judgment. This clearly is a biased approach.
Who wants to know the truth can watch the briefing video. https://t.co/dvhmA4Dbqv
— Aykhan Hajizada (@Aykhanh) April 1, 2023
www.RIA24.az