Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad olunub.
Prezident.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Məqsəd medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətinin stimullaşdırılmasıdır. Belə ki, dəyişikliyə əsasən, media subyektləri (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərin, o cümlədən reklam gəlirlərinin gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilirlər.
Qərar bu ilin yanvar ayının 1-dən tətbiq olunmaqla üç il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil edilmir.
www.RIA24.az