Səfir: “Ötən il 10 mindən çox azərbaycanlı Özbəkistana səfər edib”

Siyasət


“Ötən il Özbəkistana səfər edən turistlərin sayına görə, Azərbaycan ilk 15-liyə daxil olub”.

APA xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin – “AITF 2023” açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, statistikaya görə, ötən il 10 mindən çox azərbaycanlı Özbəkistana səfər edib:

“Beləliklə, Azərbaycan ən çox turist səfər edən ölkələrin reytinqində 12-ci pillədə qərarlaşıb. Bu ilin payızında Daşkənddə “İpək yolunda turizm 2023” adlı beynəlxalq turizm keçiriləcək. Azərbaycanı bu sərgidə iştiraka dəvət etmək bizim üçün şərəfdir”.

www.RIA24.az

Spread the love