Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu dəniz quldurlarının hücumuna məruz qalmış türk gəmisi haqqında danışıb.
Bu barədə “NTV” xəbər yayıb.
Gəminin Qabon ərazisinə yaxınlaşdığını deyən Çavuşoğlu “Kapitan və şəxsi heyət yaxşıdır. Vətəndaşların xilas edilməsi üçün danışıqlarımız davam edir”, – deyib.
Mövlud Çavuşoğlu həm də “Gəmidə vəfat edən azərbaycanlı qardaşımızın nəşi də var. Onun üçün də gəmi sahilə yanaşan kimi lazımı tədbirləri həyata keçirəcəyik”, – deyə bildirib.