İran XİN rəhbəri Bakıda iqtisadi layihələrdən danışdı

Siyasət

İran Azərbaycanla sərhəd zonasında yerləşən işğaldan azad edilmiş ərazilərdə aktiv və geniş iştiraka hazırdır.

İranın “Mehr” agentliyinin məlumatına əsasən, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Bakıda Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla görüşdə deyib. 

O bildirib ki, İran Azərbaycanla əməkdaşlıqda heç bir məhdudiyyəti nəzərdən keçirmir. Nazir qeyd edib ki, İranın iqtisadi sektorları Azərbaycanın layihələrində fəal iştirak etmək üçün hərtərəfli hazır olduğunu açıqlayıb.

İran XİN başçısı həmçinin bölgədə sülhün bərqərar olmasını iki ölkənin tranzit sahəsində əməkdaşlıq, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəallaşması baxımından böyük imkanlar yaratdığını söyləyib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir