ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani aprelin 10-13-də Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək.
Bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin mətbuat xidməti məlumat verib.
Məlumatda qeyd olunur ki, Buyar Osmani səfər etdiyi ölkələrin parlament üzvləri, vətəndaş cəmiyyəti nümayəndələri və digər maraqlı tərəflərlə görüşlər keçirəcək.
Həmçinin səfər çərçivəsində ATƏT, Gürcüstan, Azərbaycan və Ermənistan arasında əməkdaşlığın gücləndirilməsi, mövcud təhlükəsizlik çağırışlarının həlli və Cənubi Qafqaz regionunda dialoq yolu ilə sülh və sabitliyin təşviqi məsələləri müzakirə olunacaq.
Mənbə: Osce.org
www.RIA24.az