Türkiyədə Bozok Universitetinin dekanı, “Haber Türk” saytının köşə yazarı, professor Kürşad Zorlu Qarabağda qızıl ehtiyatlarını Azərbaycanın istifadə etməsinin üstünlüyündən yazıb.
Onun sözlərinə görə, dünyada qızıl və mis qiymətlərindəki artım davam edərkən, bu mədənlərin Azərbaycan tərəfindən yenidən istifadəsi təkcə Azərbaycan iqtisadiyyatına deyil, onunla əlaqəli digər ölkələrin sektorlarına da təsir edəcək.
Zorlu qeyd edir ki, Qarabağdakı yalnız qızıl ehtiyatlarının təxmin edilən dəyərinin 8 milyard dollardan yüksək olduğu bildirilir:
“Bu səbəbdən Azərbaycanın təzminat tələbləri çox uyğundur. Həmin mədənlərdən 28 illik dövrdə haqsız olaraq əldə edilmiş gəlirlərin hesabı da açıqlanmalıdır.
Bu müddətdəki vacib prioritetlər ziyanın doğru/obyektiv qiymətləndirilməsi, şəffaf/təsirli xalq diplomatiyası və beynəlxalq təşkilatlar qarşısında qanuni təşəbbüslərin həyata keçirilməsidir”.